Xəzər Xəbər

Bakıda dəhşətli hadisə - Hərəkətdə olan avtomobildən yıxılıb öldü

Hadisə | 11:35 • 29 İyun 2017
Bakıda dəhşətli hadisə -

Bakıda pikapın kuzasından yıxılan şəxs vəfat edib.

Lent.az xəbər verir ki, Binəqədi rayonu - Mir Cəlal küçəsi 1 ünvanının qarşısıda Vüsal Qasımovun idarə etdiyi "Mitsubishi L200” markalı pikap sərt döngəyə daxil olarkən kuzada olan 31 yaşlı Abuzər Qəhrəmanov müvazinətini saxlaya bilməyib və yolun hərəkət hissəsinə yıxılıb.

Ağır kəllə-beyin travması alan A.Qəhrəmanov Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin həkimlərinə səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti