Xəzər Xəbər

Rusiyada oğurlanmış maşını Azərbaycan gömrükçüləri saxladı

Hadisə | 11:48 • 22 İyun 2017
Rusiyada oğurlanmış maşını Azərbaycan gömrükçüləri saxladı

Gömrük əməkdaşları oğurlanmış nəqliyyat vasitəsini saxlayıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən "Sərbəst dövriyyə üçün buraxılış” gömrük rejimində rəsmiləşdirmək üçün Azərbaycan Respublikası ərazisinə gətirilmiş 2016-cı il buraxılışlı "Mercedes Benz Vito Tourer" markalı nəqliyyat vasitəsinə baxış keçiriblər.

Baxış zamanı "Mercedes Benz Vito Tourer" markalı nəqliyyat vasitəsinin Rusiyada oğurlanması və axtarışda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti