Xəzər Xəbər

Bakıda naməlum avtomobil səfirlik maşınını vuraraq qaçıb

Hadisə | 10:03 • 22 İyun 2017
Bakıda naməlum avtomobil səfirlik maşınını vuraraq qaçıb

Bakıda səfirlik maşını vurulub.

Hadisə Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qeydə alınıb. Macarıstanın Azərbaycankı səfirliyinə məxsus, Stella Farakerinin idarə etdiyi KİA markalı, 052 D 005 dövlət qeydiyyat nişanlı avtomobil naməlum maşın tərəfindən vurulub. Naməlum avtomobil hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti