Xəzər Xəbər

Qusarda öldürülən 5 yaşlı Luizanın görüntüləri yayıldı FOTOLAR

Hadisə | 14:34 • 21 İyun 2017
Qusarda öldürülən 5 yaşlı Luizanın görüntüləri yayıldı

Qusar rayonunda doğma anası tərəfindən zəhərlənərək öldürülən 5 yaşlı Luizanın fotoları yayılıb.

Azyaşlı qız rayonun Hil kəndindəki fermada orada çoban işləyən atası və anası ilə yaşayırmış.

Onun anası tərəfindən hansı səbəbdən öldürülməsi tam aydın olmasa da, qadının həmin vaxt anlaqsız vəziyyətdə olduğu, uşağı zəhərləyəndən sonra onu xəstəxanaya aparması üzə çıxıb.

Qeyd edək ki, Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının içdiyi südə zəhərli məhlul qataraq onu öldürüb./lent.az

5 yaşlı qızcığazın bəzi fotolarını təqdim edirik.

Xəbər lenti