Xəzər Xəbər

Ana və 20 günlük körpəsi qətlə yetirildi

Hadisə | 13:04 • 21 İyun 2017
Ana və 20 günlük körpəsi qətlə yetirildi

Daşkəsən rayonunda kişi arvadını və 20 günlük körpəsini öldürüb.

Rayonun Şahvələdli kənd sakini Rafiq Məmmədov arvadı 1980-ci il təvəllüdlü Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə öldürüb.

R.Məmmədov hadisə yerindən qaçıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.(Report)

Xəbər lenti