Xəzər Xəbər

DİN Qusarda qadının azyaşlı qızını öldürməsi faktı ilə bağlı məlumat yayıb

Hadisə | 11:50 • 21 İyun 2017
DİN Qusarda qadının azyaşlı qızını öldürməsi faktı ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Qusarda azyaşlının öldürülməsi ilə bağlı məlumat yayıb.


Xezerxeber.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası Gülnara Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

Xəbər lenti