Xəzər Xəbər

Bazardan evə qayıdan ata-oğulun DƏHŞƏTLİ SONU

Hadisə | 11:44 • 21 İyun 2017
Bazardan evə qayıdan ata-oğulun

İyunun 21-nə keçən gecə Sabirabad rayonunda ata və oğulun həyatını itirməsi ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, "VAZ 2106” markalı minik avtomobilinin "Shachman” markalı yük maşınına çırpılması nəticəsində vəfat edən Saatlı rayonu Mircəlal kənd sakini 1958-ci il təvəllüdlü Astanov Həsənxan Hüseynxan oğlu və onun oğlu 1989-cu il təvəllüdlü Dəyanət Bakıdakı meyvə-tərəvəz bazarından evə qayıdırmış. Belə ki, öz həyətlərinin məhsulunu Bakıya gətirib satan ata və oğlu gecə saatlarında geri yola düşürmüş.

Hadisə şahidləri bildiriblər ki, hadisə "VAZ 2106”nın idarəetmədən çıxması nəticəsində baş verib. Əvvəlcə səkiyə çırpılan minik avtomobili daha sonra yolun hərəkət hissəsinə qayıdıb və əks istiqamətdən gələn iritonnajlı yük maşınının altına girib.

28 yaşlı Dəyanət Astanov ailəli imiş və 2 azyaşlı körpəsi qalıb.

Xəbər lenti