Xəzər Xəbər

Bakıda güclü partlayış, yaralılar var

Hadisə | 10:22 • 21 İyun 2017
Bakıda güclü partlayış, yaralılar var

Bu gecə Bakıda 2 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib. Lent.az xəbər verir ki, gecə yarısı 1968-ci il təvəllüdlü Çıraqzadə Asif Knyaz oğlu ilə həyat yoldaşı, 1979-cu ildə anadan olmuş Çıraqzadə Pərvanə Müzəffər qızı baş və üz nahiyəsinin, eləcə də bədəninin yuxarı hissəsinin yanığı xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə daxil olub. Xəsarətləri ağır olduğundan hər iki şəxs reanimasiyaya yerləşdirilib.

Məlum olub ki, Asif Çıraqzadə və həyat yoldaşı Neftçi Qurban küçəsindəki mənzillərində olarkən binanın blokuna qaz sızıb. Bu səbəbdən blokda güclü partlayış olub və onlar yanıq xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti