Xəzər Xəbər

Türkiyə-İran sərhədində partlayış: iki azərbaycanlı yaralanıb

Hadisə | 14:21 • 20 İyun 2017
Türkiyə-İran sərhədində partlayış:

Türkiyə-İran sərhədində ərazilərin partlamamış hərbi sursatdan təmizlənməsi zamanı partlayış baş verib.

APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində azərbaycanlı iki yaralanıb. Hadisə İqdır vilayətinin Aralıq rayonunda, Ağrı dağının ətəyində qeydə alınıb. Mina təmizliyi ilə məşğul olan Azərbaycan vətəndaşları - 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov çıxardıqları minanı zərərsizləşdirmək üçün poliqona aparakən partlayış olub. Razi Aslanov əllərindən və gözündən, Ruslan Abişov isə ayaqlarından xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralıların həyatına təhlükə olmadığı bildirilir.

Bildirilib ki, ərazidə Azərbaycan, Türkiyə və Mozambik vətəndaşları təmizlik tədbirləri görürlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) həmin ərazidə mina və partlamamış hərbi sursatdan təmizləmə əməliyyatı aparır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti