Xəzər Xəbər

Özünü öldürməzdən əvvəl evini ona bağışladı Bakıda dəhşət

Hadisə | 17:42 • 19 İyun 2017
Özünü öldürməzdən əvvəl evini ona bağışladı

Bakıda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, Xəzər rayonunun Buzovna qəsəbəsində Naxçıvan sakini, 1979-cu il təvəllüdlü Anar Məmməd oğlu Məmmədov yaşadığı evdə məftillə özünü asıb. A. Məmmədov özünə qəsd etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahı olmadığını bildirib.

XəzərXəbər Lent.az-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsində özünü asaraq intihar edən 38 yaşlı Məmmədov Anar Məmməd oğlu bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan Bakıya gəlibmiş. O, Buzovnada qardaşının yaşadığı evin həyətindəki digər mənzildə yaşayırmış və işsiz imiş.

A.Məmmədov həyatına qəsd etməzdən əvvəl yazdığı məktubda isə evini və telefonunu qardaşı oğluna bağışladığını qeyd edib. İntiharına görə bacısına üzrxahlıq edən 38 yaşlı kişi hansı səbəbdən həyatına son qoymasına isə toxunmayıb. Bununla belə o, bu həyatda daha yaşaya bilmədiyi və həyatına son qoymaq istədiyini yazıb.

Araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti