Xəzər Xəbər

Yevlaxda 3 otaqlı ev yanıb

Hadisə | 17:35 • 26 Mart 2017
Yevlaxda 3 otaqlı ev yanıb

Yevlaxda yanğın qeydə alınıb.

Xezerxeber.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin iki otağının çardağı, tavanı 50 m2 sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti