Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

20.11.2018 12:49

Şəmkirdə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gədəbəy rayon sakini Vüsal Məmmədov saxlanılıb. Onun üzərində axtarış aparılarkən 12 qramdan çox marixuana aşkarlanıb.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Şəmkirdəki evindən isə əlavə olaraq çəkisi 2 kiloqram 156 qrama yaxın marixuana da götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

© xezerxeber.az


169 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR