Bakıda avtobus qəzaya düşdü - FOTO

21.10.2018 10:31

Bu gün saat 09:10 radələrində Nərimanov rayonu ərazisində zəncirvari yol qəzası baş verib.

Mayakovski və Çernyayevski küçələrinin kəsişməsində "Bakubus" MMC-yə məxsus olan və 2 saylı marşrut xətti üzrə hərəkət edən "İveco Urbanway" markalı avtobusla "VAZ 21015" və "Mercedes Vito" markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, "VAZ 21 015" tamamilə yararsız vəziyyətə düşüb. Sərnişin avtobusu və "Mercedes Vito"ya da ciddi ziyan dəyib. Hadisə nəticəsində avtobusdakı bütün sərnişinlər düşürülüb və Çerniyayevski küçəsində nəqliyyatın hərəkəti dayanıb. (Teleqraf.com)

© xezerxeber.az

FOTOQALERIYA






1027 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR