Beyləqanda güclü yanğın: 196 ağac alovlandı

22.09.2018 16:30

Beyləqan rayonunda avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində yanğın olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, rayonun Dünyamalılar kəndi ərazisində baş vermiş hadisə nəticəsində yaş köküstə müxtəlif cinsli və diametrli 196 ədəd ağac yanıb.

9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Faktla bağlı akt tərtib edilib və təbiətə 39200 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Təqsirkarların tapılması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Beyləqan rayon Polis Şöbəsinə göndərilib.

© xezerxeber.az


193 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR