Evinə gələn kişi arvadını qohumu ilə tutdu - Şamaxıdakı qətlin TƏFƏRRÜATI

18.09.2018 15:48

Şamaxı rayonunun Pirbəhli kəndində baş verən hadisənin təfərrüatı məlum olub.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, cinayət hadisəsi xəyanətə görə baş verib.

Şamaxı rayonu, Pirbəhli kənd sakini İbrahimov Əmrah İbrahim oğlu evə gələn zaman həyat yoldaşını qohumu ilə birlikdə tutub. O, daha sonra ov tüfəngi ilə arvadı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Xanulduz qızını qarın nahiyəsindən, sevgilisi, Quba rayon Xaltan kənd sakini, 1991-ci il təvəllüdlü Mövlamov Şirinbala Səftər oğlunu isə ağzından vurub.

Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən Şirinbala Mövlamov yolda dünyasını dəyişib.

M.İbrahimova xəstəxananın cərrahiyyə şöbəsi yerləşdirilib. Onun vəziyyəti ağırdır.

İbrahimov Əmrah İbrahim oğlu polis şöbəsinə gələrək, könüllü təslim olub.

Qeyd edək ki, bundan əvvəl Ə.İbrahimovun həyat yoldaşını güllələdikdən sonra intihar etdiyi bildirilirdi.

© xezerxeber.az


293 dəfə oxunub

XƏBƏRLƏR

17.10.2018 10:15

İranda zəlzələ

17.10.2018 09:44

Cəbhədə son vəziyyət

ÇOX OXUNANLAR