Qadını şantaj edən Şamaxı sakini saxlanılıb

17.09.2018 14:23

Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib 3.000 manat tələb etdiyini bildirib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

© xezerxeber.az


433 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR