“Saxla” əmrinə tabe olmadı, yol polisini vurdu

16.09.2018 11:55

Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

XəzərXəbər-in "Qafqazinfo”ya verdiyi xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Kənan Mustafa oğlunu xidmətdə olarkən maşın vurub.

Belə ki, Məmməd Heydərov idarə etdiyi və hadisə zamanı hərəkətdə olan "VAZ-2106” markalı avtomobillə YPX əməkdaşı K.Əliyevi vuraraq xəsarət yetirib.

Məlumata görə, M. Heydərov polisin "Saxla” əmrinə tabe olmayaraq maşını onun üstünə sürüb. K.Əliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Şabran Rayon Mərkəzi Xəstəxanasından "Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.

© xezerxeber.az


223 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR