Masallıda 3 otaqlı evdə yanğın

16.09.2018 10:17

Masallıda yanğın baş verib.

XəzərXəbər-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Təzə Alvadı kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının taxtadan ibarət pəncərə çərçivəsi 5 m² sahədə, aynabəndinin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 25 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik köməkçi tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


236 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR