Gürcüstanda yol qəzası: 11 azərbaycanlı xəsarət alıb

06.09.2018 18:18

"Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub. Rustavi şəhərində baş verən yol qəzasında xəsarət alanların vəziyyətləri orta-ağırdır".

Bu barədə Rustavi Şəhər Mərkəzi Xəstəxanasının travmatoloqu David Baçilava bildirib.

Onun sözlərinə görə, xəstəxanaya qəzada xəsarət alan 11 azərbaycanlı yerləşdirilib: "Onların 3-nün vəziyyəti orta ağır olsa da, həyatlarına təhlükə yoxdur. Onlar əməliyyat olunacaqlar. Digərləri isə ilkin tibbi yardım və müayinədən sonra evə buraxılacaq".

D.Baçilava qəzada xəsarət alan Azərbaycan vətəndaşının vəziyyətinin çox ağır olmadığını və onun da əməliyyat olunacağını bildirib./report

© xezerxeber.az


285 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR