“Bakubus”ın sürücüsü qəza törətdi - Yaralananlar var

04.09.2018 12:52

Bakıda marşrut avtobusunda sürücünün ehtiyatsızlığı qəza ilə nəticələnib.

XəzərXəbər Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Bakubus MMC-yə məxsus 3 saylı müntəzəm xətt marşrutu ilə hərəkət edən 99-JH-107 dövlət nömrə nişanlı avtobus hərəkətdə olarkən qəfil əyləcdən istifadə edib.

Nəticədə avrobusda olan sərnişinlər avtobusun salonuna yıxılıb.

Hadisə nəticəsində avtobusda olan orta yaşlı bir qadın yaralanıb. Qadın sərnişinlərin köməyi ilə xəstəxanaya aparılıb.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

17.10.2018 10:15

İranda zəlzələ

17.10.2018 09:44

Cəbhədə son vəziyyət

ÇOX OXUNANLAR