Silsilə oğurluqlar edən 3 nəfər saxlanılıb

04.09.2018 12:48

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 28-də rayon ərazisindəki çay evlərinin birindən 6 ədəd televizor oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Toğrul Mirzəyev, Elvin İbrahimli və əvvəllər məhkum olunan Tural Məhərrəmov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən XəzərXəbər-ə verilən xəbərə görə, ətraflarında keçirilən tədbirlərlə onların cari il mayın 18-də və avqustun 11-də rayon ərazisindəki 1 kompyuter oyunları salonundan və 2 avtoyuma məntəqəsindən 3100 manat dəyərində 8 ədəd oyun aparatı, 20 ədəd pult və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR