Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Qəbiristanlığı od bürüdü - 20-dən çox qəbir yandı

21.08.2018 16:28

Bu gün Xaçmaz rayonunun Həcəlbəy kəndində qəbiristanlıq sahəsində güclü yanğın baş verib.

Yanğın zamanı başdaşı taxtadan olan 20-dən çox qəbir yanıb.

Eyni zamanda mərmərdən olan sinə daşlarına da ziyan dəyib. Gözətçi Şahbaz Mustafayevin verdiyi məlumata görə, yanğın qəbiristanın alt hissəsindən başlayıb və 20 dəqiqə ərzində ətrafı bürüyüb. Hadisəni kimin törətməsi haqqında məlumat yoxdur.

Hadisə yerinə rayon yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yarım saat müddətində yanğının qarşısı alınıb. Nəticədə 1 hektar ərazi yanıb. Yanğının baş vermə səbəbləri barədə araşdırma aparılır./Qafqazinfo

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

22.09.2018 17:21

Bu gecə saat 05:54-də...

ÇOX OXUNANLAR