Arvadını belə çağıranlar yandı - Təzminat ödəyə bilərlər

21.08.2018 14:57

Türkiyə məhkəməsi həyat yoldaşını "hey” deyib çağırdığı üçün boşanma qərarı çıxardı.

Hadisə Konya şəhərində baş verib. Boşanmaq üçün məhkəməyə müraciət edən H.D həyat yoldaşının ona kobud davrandığını və onu çağırarkən adı yerinə "hey” deyib çağırdığını bildirib. Məhkəmə zamanı qadının dediyi səbəbləri boşanmaq üçün yetərli görən hakim onları boşayıb və kişidən xanıma təzminat verməyi tələb edib.

Xatırladaq ki, Azərbaycanda da bir çox kişi həyat yoldaşlarını "az” deyib çağırır./AzNews.az

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR