Nəticələri gözləmədən qoşulub qaçdı, universitetə qəbul olundu - Lənkəranda itən qızdan YENİ XƏBƏR

17.08.2018 18:09

Lənkəran rayon Təhsil Şöbəsi imtahanın nəticələrini öyrənməyə gedərkən abituriyentin itkin düşməsinə aydınlıq gətirib.

Təsil şöbəsindən AzNews.az-a verilən məlumata görə, Qurbanlı Təravət Nazim qızı sevdiyi oğlana qoşulub qaçıb:

"Təravət Lənkəran Dövlət Universitetinə qəbul olunub. Amma balının açıqlanmasını gözləmədən qoşulub bir oğlana qaçıb. Deyilənə görə, qızla oğlan bir-birini sevir. Hazırda qız Bakı şəhərindədir. Ailə qurublar. Hər şey qaydasındadır, narahatlığa əsas yoxdur. Qızın valideyinləri də onun kimlə qaçdığını bilir, kiriminal heç nə yoxdur. Yəqin, düşünüb ki, birdən universitetə girməz. Hazırda tələbə adını alıb".

© xezerxeber.az


254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR