Xaçmazda qadından İNANILMAZ ƏMƏL : Özünü hərəkətdə olan avtomobildən atdı

17.08.2018 12:04

Xaçmaz rayonunda 42 yaşlı qadın özünü hərəkətdə olan avtomobildən ataraq intihar edib.

Hadisə rayonun Vələmir kəndinin ərazisində baş verib.

Xaçmaz şəhər sakini, 1976-cı il təvəllüdlü Səmalə Qasımova özünü Cavanşir Səfərovun idarə etdiyi "VAZ 21015" markalı avtomobildən atıb. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. (report)

© xezerxeber.az


456 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR