Maşın piyadaları vurdu - Biri öldü, ikisi...

16.08.2018 13:30

Bakıda avtomobil yol kənarında dayanan 3 nəfəri vurub, onlardan biri ölüb.

XəzərXəbər xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Xətai rayonunun Gəncə prospektində qeydə alınıb. Belə ki, avqustun 16-da Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini Elşən Şahverdiyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolun kənarında dayanan paytaxt sakinləri Azər Mirzəyevi, Fuad Şirinovu və Lənkaran rayon sakini Samir Mustafayevi vurub. Nəticədə S.Mustafayev hadisə yerində ölüb, digər iki piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi araşdırma aparır.

© xezerxeber.az


430 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR