Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Ermənistanda bomba həyəcanı - Nazirliyin binası boşaldılır

15.08.2018 14:22

Ermənistanda kimliyi bilinməyən şəxs Səhiyyə Nazirliyinin binasını partladacağını bildirib.

XəzərXəbər Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, anonim şəkildə 911 xidmətinə zəng edən vətəndaş Səhiyyə Nazirliyinin binasını partladacığını deyib.
Mümkün təhlükə ilə əlaqədar hadisə yerinə çoxsaylı xilasedicilər, polis və böhranın idarəedilməsi üzrə milli mərkəzin əməkdaşları cəlb olunublar. Hazırda nazirliyin binası boşaldılaraq oradakı işçilər təxliyyə olunub. Lakin axtarış-əməliyyat tədbirləri nəticəsində hökumət binasının 3-cü korpusunda heç bir təhlükəli obyekt tapılmayıb.

Zəng edən şəxsin kimliyi artıq müəyyənləşdirilib və polis onun saxlanılması üzrə tədbirlər görür.

© xezerxeber.az


322 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR