Ər qəza törətdi, arvadı öldü

14.08.2018 11:40

Avqustun 13-də saat 16 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi "VAZ-21074” markalı avtomobili yolun kənarındakı hasara vurub.

DİN-dən XəzərXəbər-ə verilən xəbərə görə, nəticədə onun sərnişini - həyat yoldaşı Elza Hüseynova hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


193 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR