Bakıda su sayğacları oğurlayan şəxs yaxalanıb

21.07.2018 12:43

Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə Naximov küçəsindəki binaların birinin girişindən yeddi su sayğacının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının iyulun 20-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyənləşdirilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Taleh Rəsulov olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


298 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR