Yardımlıda 27 yaşlı oğlan baltalandı

24.06.2018 12:03

Yardımlıda qonşular arasında düşən mübahisə zamanı bir nəfər balta ilə ağır xəsarət alıb.

Rayonun Urakəran kəndində baş verən hadisə zamanı kənd sakini, 1991-ci il təvəllüdlü Tural Məzahir oğlu Təhməzov baş, təpə və gicgah nahiyəsinin çapılmış yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hasar üstündə düşən mübahisədən sonra törədildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. (apa)

© xezerxeber.az


436 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR