Azərbaycanda sərnişin dolu avtobus aşdı - Xəsarət alanların vəziyyəti ağırdır

21.05.2018 17:53

Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var.

XəzərXəbər report-a istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu "Niva" markalı avtomobillə toqquşaraq aşıb. 5 nəfər ağır xəsarət alıb. Yaralıların vəziyyəti ağırdır.

Faktla araşdırma aparılır.

© xezerxeber.az


1491 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR