Partlayışda yaralananların son durumu: "Tanınmaz haldadır" - XƏSTƏXANADAN AÇIQLAMA

21.05.2018 17:22

Bakıda kafedə partlayış nəticəsində iki nəfər təcili yardım maşını ilə bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə report-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə zamanı iki yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

© xezerxeber.az


872 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR