Bakıda evdən 20 min manatlıq qızıl oğurlanıb

19.04.2018 12:23

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri İkram Hüseynov və Bəylər Şükürov saxlanılıb.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslər martın 13-də rayon ərazisindəki evlərin birindən 2100 manat və 20.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.

© xezerxeber.az


129 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR