Bayram qonaqlığında CİNAYƏT - Yevlaxda sakinli sərxoş kişi öz həmyerlisini qətlə yetirib

21.03.2018 12:59

Yevlax rayonunun Xaldan kəndində qətl hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, tanışlar arasında bayram qonaqlığından sonra mübahisə düşüb.

Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış, 1958-ci il təvəllüdlü Xaldan kənd sakini Rzayev Mahir Tahir oğlu sərxoş vəziyyətdə öz tanışı, 1973-cü il təvəllüdlü Birinci Salamabad kənd sakini Yusifov Xəyal Neman oğlunu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

© xezerxeber.az


506 dəfə oxunub

ÇOX OXUNANLAR