Amerikalı gənc bir parça kağızla bankı soydu

20.03.2018 17:11

Amerikanın İndiana ştatında bir gənc bir parça kağızda yazılmış qeydlə bankı soymaq qərarına gəlir, taksi çağırır və gediş haqqını oğurlanmış pullarla ödəyir. Bu haqda Courier Press-in verdiyi məlumata əsasən, Lenta-ru saytına istinadən Day.az xəbər verir.

Polisin verdiyi məlumata görə, 19 yaşlı Derik Faria (Derrick Faria) evindən Fifth Third Bank-ına taksi çağırıb. O, sürücüdən onu parking-də gözləməsini xahiş edib, özü isə banka girib. Orada kassirə "bu oğurluqdur, bütün pulları bura ver” yazısı olan bir kağız parçası göstərib. Bankın əməkdaşları iddia edirlər ki, cinayətkar silahını heç göstərməyib.

Pulları götürdükdən sonra, onu gözləyən maşına oturub və evinə geri dönüb. Oğurladığı pullardan taksi xidmətinə görə 14 dollar ödəyib, hətta taksi sürücüsünə 6 dollar "çay pulu” da verib.

Polis cinayətkarı bir saat sonra evində tutub. Onun hərəkəti xarici müşahidə kameraları vasitəsilə izlənilib. Farianın evində aparılan axtarış nəticəsində, taksiyə xərclənmiş 20 dollar istisna olmaqla, bankdan oğurladığı bütün pullar geri götürülüb. Bundan əlavə, onun evində sintetik narkotiklərin hazırlanması və istifadəsi üçün xüsusi vasitələr də aşkar olunub. Lakin narkotik maddələrin özləri evdə tapılmayıb.

Derik həbs olunub. Ona oğurluq və narkotik maddələrin istifadəsi üçün qurğuların saxlanılmasına görə ilkin ittihamlar irəli sürülüb.

© xezerxeber.az


542 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR