Bakıda DƏHŞƏT: 1 yaşlı uşağın qarnından mil çıxarıldı - FOTO

23.02.2018 14:41

Bakıda fəaliyyət göstərən xəstəxanlardan birində ehtiyatsızlıq səbəbindən qarnına mil batmış 1 yaşlı uşaq əməliyyat olunub.

XəzərXəbər xəbər verir ki, hadisə barədə tanınmış həkim uroloq-cərrah Fuad Hüseynov özünün feysbuk səhifəsində paylaşım edib.

Cərrah əməliyyatdan fotolar paylaşaraq, uşağın vəziyyəti barədə məlumat verib:

"Xəstə 1 yaşlı uşaqdır. Ehtiyatsızlıq səbəbindən toxumaq üçün istifadə olunan milin üzərinə yıxılıb. Hadisədən həmən sonra ailəsi tərəfindən xətəxanaya gətirilən körpəyə tərəfimizdən ilkin tibbi müdaxilə edilib. Müayinə zamanı milin göbək nahiyyəsindən batdığı bəlli olub. Azyaşlı dərhal əməliyyata alınıb. Mil nazik bağırsağı və bağırsağı qidalandıran damarları deşmişdi. Əməliyyat zamanı uşağın daxili qanaxmasının olduğunu təsbit etdik. Əməliyyat uğurlu keçdi. Tərəfimizdən mil çıxarıldı, bağırsaqdakı dəliklər tikildi və qanaxma dayandırıldı. Hazırda uşağın vəziyyəti qənaətbəxşdir".

Cərrah F. Hüseynov onu da qeyd edib ki, əməliyyatdan sonra uşaq tam sağlam evlərinə yola salınıb.

© xezerxeber.az


416 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR