Rusiyada iki nəfəri güllələyən azərbaycanlıya hökm oxundu

23.01.2018 17:07

Rusiyada Həştərxan vilayəti İstintaq Komitəsi tərəfindən həbs olunan 37 yaşlı azərbaycanlı Elnur Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, E.Quliyevin təqsiri tam sübuta yetirilib. O, iki nəfərin qətlində və qanunsuz silah saxlamaqda ittiham olunub .

İstintaq materiallarına görə, 25 oktyabr 2016-cı ildə E.Quliyevin qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı iki nəfərlə mübahisəsi düşüb. Mübahisə zamanı E.Quluyev "Kalaşnikov”avtomatından qadına 15, kişiyə 9 dəfə atəş açıb. Hər ikisini qətlə yetirdikdən sonra isə hadisə yerindən qaçaraq gizlənməyə müvəffəq olub.

Amma əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. Belə ki, qətl hadisəsindən bir neçə saat sonra qatil yaxalanaraq həbs edilib.

Məhkəmənin hökmü ilə E.Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müsəssisəsində çəkməklə 21 il müddətinə azadlıqdan məhrum edilib.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR