Goranboyda ağır yol qəzası: 3 nəfər öldü

13.12.2017 10:08

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonu, Qarqucaq kəndində "VAZ” markalı minik avtomobili və "Shacman” markalı yük avtomobili toqquşub.

XəzərXəbər FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücünün və 2 nəfər sərnişinin meyitlərini deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

© xezerxeber.az


602 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR