Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə ölüb

23.11.2017 18:19

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.
Bu barədə APA-nın Rusiya bürosuna Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.
O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.
Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

© xezerxeber.az


348 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR