Hindistanda zavod uçub: 10 nəfər həlak olub

21.11.2017 15:39

Hindistanda zavod binasının uçması nəticəsində azı 10 nəfər həyatını itirib, 25 nəfərin isə dağıntılar altında qaldığı ehtimal edilir.

Xezerxeber.az xəbər verir ki, IANS informasiya agentliyinin yaydığı məlumata görə, insident Pəncab ştatının Ludhiana şəhərində qeydə alınıb. Plastmas istehsalı ilə məşğul olan zavodun beşmərtəbəli binası yanğının ardından baş verən partlayışdan sonra uçub.

Partlayışın yanğınsöndürənlərin hadisə yerində alovla mübarizə apardığı vaxt baş verdiyi və nəticədə binanın uçduğu bildirilir. Həmin vaxt binada olan yerli administrasiya nümayəndələri də dağıntılar altında qalıb.

Axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından iki nəfər sağ çıxarılıb və xəstəxanaya yerləşdirilib.

© xezerxeber.az


123 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR