Sabirabadda “Mercedes”lə “KamAZ” toqquşub, bir nəfər ölüb, üç nəfər xəsarət alıb

20.11.2017 09:08

Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralının Sabirabad rayonu Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib.

Qatı dumanlı havada "Mercedes” markalı, 10 MJ 199 dövlət nömrə nişanlı avtomobil "KamAZ” markalı, 10 HA 559 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır. (APA)

© xezerxeber.az


168 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR