Dünyanın ən böyük hava gəmisi Britaniyada qəzaya uğrayıb - FOTO

18.11.2017 18:35

Dünyanın ən böyük hava gəmisi Böyük Britaniyada qəzaya uğrayıb.

Hadisə Bedfordşir qraflığında baş verib.

20 tonluq "Airlander 10" açıq sahədə yerə düşüb.
Təyyarə ilə dirijablın hibridi olan sözügedən uçuş aparatının uzunluğu 92 metr təşkil edir.
Bildirilir ki, öncədən "Airlander 10" ABŞ ordusu üçün yaradılsa da, maliyyə çatışmazlığı ucbatından layihəni tamamlamaq mümkün olmayıb. "Airlander 10" 2016-cı ilin yay aylarında istismara verilib.

© xezerxeber.az

FOTOQALERIYA






207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR