Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Bakıda piyadanı vurub qaçan sürücü tutulub

23.10.2017 16:45

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, oktyabrın 22-də saat 18.00 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Rayon Polis İdarəsinə məlumat daxil olub.

Məlum olub ki, yolu keçmək istəyən Binəqədi qəsəbə sakini, 77 yaşlı Xanım Nəbiyeva naməlum avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Hadisənin "Lada Granta” markalı avtomobillə törədilməsi müəyyənləşib. Əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobilin yeri müəyyənləşdirilib və onu idarə edən şübhəli şəxs qismində saxlanılaraq Polis İdarəsinə gətirilib.

İstintaqa təhvil verilən şəxsin Bakı şəhər sakini Akif Məmmədov olduğu məlum olub.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

© xezerxeber.az


368 dəfə oxunub

XƏBƏRLƏR

16.07.2018 09:09

Neft ucuzlaşıb

ÇOX OXUNANLAR