Samuxda arvadını döyüb xəstəxanalıq edən 37 yaşlı kişi: “Onu boşayacam”

20.10.2017 15:37

Samuxda 37 yaşlı qadının əri tərəfindən döyülərək ağır xəsarət alması ilə bağlı bəzi təfərrüatları məlum olub.

Sevinc Allahverdiyevanın həyat yoldaşı Faiq Allahverdiyev AzNews.az-a açıqlamasında həyat yoldaşı ilə aralarında mübahisə düşdüyünü təsdiqləyib:

"Mən onu nə döymüşəm, nə də xəsarət yetirmişəm. Həmin vaxt anam-atam bizdə olub. Qardaşı da bizimlə qonşudur. Mən onu vurmamışam. Özü də hazırda evdədir, səhhətində heç bir problem yoxdur. Mərkəzi xəstəxanadan maraqlanın görün ora belə bir xəstə gətirilib? Sadəcə, boşanmaq haqqında qərar verdim”.

Faiq Allahverdiyev qərarının qəti olduğunu deyib:

"Belə yaxşıdır. İki oğlum var, uşaqlar kimi istəsə onunla qalar. Amma bu daha belə getməyəcək. Qəti qərarımdır”.

Qeyd edək ki, Samuxda 37 yaşlı kişi həyat yoldaşını döyüb. Rayonun Əhmədbəyli kənd sakini Sevinc Allahverdiyeva müxtəlif dərəcəli xəsarətləri alıb.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR