Bakı
9 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ucarda COVID-19 xəstəsi saxlanılıb

04.12.2020 15:57

Ucarda COVID-19 xəstəsi barədə qanunamüvafiq tədbir görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini V.Zülfüqarovun yaşadığı ünvanı tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib.

Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı ünvana aparılıb. Onunla proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilən müalicənin davam etdirilməsi üçün evdə qalmağının zəruriliyi diqqətinə çatdırılıb.

Ucar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Sevinc 

© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR