Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb

28.10.2020 17:28

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə "Report" xəbər verir.

Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır.

Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan yoxdur.

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

24.11.2020 09:19

Neft bahalaşır

ÇOX OXUNANLAR