Sabunçu rayonunda baş vermiş yanğın söndürülüb

21.09.2020 20:00

Paytaxtın Sabunçu rayonunda Bakı Olimpiya Stadionunun yaxınlığında sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən xezerxeber.az-a bildiriblər ki, ilkin məlumata görə, bir hektar sahədə qamışlıq və quru ot yanıb.

Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub.

© xezerxeber.az


235 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR