Xızı sakininə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb - FOTO

21.09.2020 15:05

Xızı sakininə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, sentyabrın 19-da Xızı Rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə sakini Rauf Fərzəliyevə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə yollanıblar. Həyata keçirilən araşdırmalar nəticəsində məlum olub ki, qəsəbə sakini Rauf Fərzəliyev şəxsi münasibətlər zəminində "BORAWING" markalı silahla Vahid Əhmədova atəş açıb. Atəş zamanı xəsarət alan olmayıb. Daha sonra isə V.Əhmədov əlində olan bıçaqla R.Fərzəliyevə xəsarət yetirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR