Salyanda yol qəzası: 2 yaralı

20.09.2020 15:34

Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Salyan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun kənarında dayanan piyadanı vuraraq xəsarət yetirib. Avtomobil bundan sonra yolun kənarındakı dəmir dirəyə çırpılıb. Hadisə zamanı BMW-nin sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

© xezerxeber.az


232 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR