Abşeronda mənzildən 15 min manatlıq oğurluq olub

19.09.2020 15:05

Abşeronda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masazır qəsəbəsindəki evlərin birindən 100 ABŞ dolları və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş A. Qəniyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR